Dünya kuboku: Qızıl və gümüş medal

post-img

Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya kubokunda milli komandamızın üzvləri uğurla çıxış ediblər. 

Komandamız qarışıq hərəkətlərdə qızıl və gümüş medala sahib olublar. Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü bütün rəqibləri üstələyərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Qarışıq cütlüklərin yarışında isə Ağasif Rəhimov və Raziyə Seyidli 2-ci yeri tutublar. 

L.QURBANOVA 
XQ

İdman