Azərbaycan cüdo komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə 1 mükafat qazanıb.
Belə ki, Azərbaycan cüdoçusu Kamran Süleymanov (66 kq) komanda yoldaşı Ruslan Paşayevə qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, mayın 12-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 15 cüdoçu ilə təmsil olunur..
L.QURBANOVA
XQ