Samboçumuz Avropa  çempionu olub

post-img

Serbiyanın Novi Sad şəhərində keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycan komandası 3 medal qazanıb. 

2022-ci ilin dünya mükafatçısı Elvin Bağırov (64 kq) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında bu titula 8 il öncə Amil Qasımov yiyələnmişdi. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

L.QURBANOVA
XQ

İdman