Dünya Kuboku: Çexiyalı atıcı qızıl medal qazanıb

post-img

Bakıda atıcılıq üzrə Dünya Kuboku yarışında kişilər arasında 25 metr məsafəyə tapançadan sürətli atəş açma növündə final mərhələsi keçirilib.

Qızıl medal uğrunda mübarizə çinli Xinjie Vanq və çexiyalı Martin Podraski arasında gedib. Duelin əsas mərhələsində dəqiq atışların sayı bərabər olduğundan (32), əlavə 5 atışa ehtiyac duyulub. Həlledici mərhələdə təcrübəli M.Podraski hədəflərin hamısını dəqiq nişan alaraq karyerasında 5-ci dəfə qızıl medal sevinci yaşayıb. X. Vanq fəxri kürsünün ikinci pilləsinə qalxıb. Fransalı Klemen Besua isə 25 dəqiq atışla bürünc mükafatın sahibi olub.

Qeyd edək ki, Dünya Kubokuna mayın 12-də yekun vurulacaq.

L.QURBANOVA
XQ

İdman