Bakıda körlinq idman bölməsi açılıb

post-img

Azərbaycan üçün yeni idman növü - körlinqin təqdimatı olub. 

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında keçirilən tədbirdə kompleksin direktoru Fikrət Hüseynov, “Ocaq Sport” klubunun  İdarə Heyətinin sədri Vəfa Bəkərova və Türkiyədən dəvət olunan mütəxəssis Ahmet Alperen Tunqa iştirak ediblər.

V. Bəkərova Qış Olimpiya Oyunlarının proqramına daxil olan bu idman növünün inkişafı üçün bir sıra işlərin görüləcəyini deyib. O qeyd edib ki, bununla bağlı məşqçi də dəvət olunub. 

L.QURBANOVA
XQ

İdman