Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib.
2012-2013 təvəllüdlü idmançılar arasında təşkil edilən yarışda 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.
Oğlanlar arasında fərdi yarışda Malik Cəfərov, qızlarda Yağmur Quliyeva qalib olub. Qoşa yarışda isə Ömər Teymurlu-Yusif Kamalov, Banu İbrahimli-Yağmur Quliyeva cütlükləri birinci olublar. Qarışıq-qoşada isə Ömər Teymurlu-Banu İbrahimli fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
L.QURBANOVA
XQ