Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Prezident Rumen Radev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.