Savatçımızdan beynəlxalq turnirdə qızıl medal

post-img

Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançısı Məhəmməd Süleymanov qızıl medala sahib olub. 

Gənclər arasında 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 

Qeyd edək ki, 16 ölkənin iştirak etdiyi turnirdə ümumilikdə 150-dən çox idmançı mübarizə aparıb. 

L.SABİRQIZI XQ

İdman