“Prezident kuboku-2024”: İdmançımız bürünc medal qazanıb

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Prezident kuboku-2024” reqatasında ilk qaliblər müəyyənləşib.

Suqovuşan su anbarında təşkil olunan ilk mərhələdə 200 və 500 metr məsafədə kayak-kanoe yarışları keçirilib. Azərbaycan avarçəkəni Amil Ramazanov birnəfərlik kayak qayığında 200 metr məsafəni 42 saniyəyə qət edərək üçüncü olub.

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatasına mayın 3-də Mingəçevirdə yekun vurulacaq. 

L.SABİRQIZI XQ

 

İdman