“Prezident Kuboku-2024”: Komandaların rəsmi paradı olub

post-img

Mingəçevirdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək komandaların rəsmi paradı olub.

Şəhərin mərkəzində təşkil olunan paradda Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İspaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Macarıstan, Serbiya, Tacikistan, Ukrayna, Estoniya, Sloveniya, Xorvatiya və Özbəkistan komandaları iştirak ediblər.

Sonra turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər. 

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Yarışa 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. 

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

L.SABİRQIZI
XQ

İdman