Paris Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanda tarixi abidə kimi tanınan 120 illik üç dirəkli “Le Belem” yelkənli gəmisi ilə bu ölkədən Fransaya yola salınıb.
Məşəl mayın 8-də Marselə çatdırılacaq. Marselin köhnə limanında keçiriləcək qarşılanma mərasiminə təxminən 150 min adamın qatılacağı gözlənilir. Tədbir çərçivəsində eramızdan əvvəl 600-cü illərdə Kiçik Asiyadan olan yunanlar - fokilər tərəfindən salınan şəhərin özündə yelkənli qayıq yarışları keçiriləcək.
Fransa ərazisindən keçən məşəl estafeti 68 gün davam edəcək. Estafet iyulun 26-da Oyunların açılış mərasimində məşəlinin alovlanması ilə başa çatacaq. Olimpiya Oyunları avqustun 11-dək Parisdə keçiriləcək.
L.SABİRQIZI XQ