Taekvondoçularımızdan Estoniyada 6 mükafat

post-img

Yeniyetmə taekvondoçularımız Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunun ilk günündə uğurla çıxış edərək 6 medal qazanıblar. 

Yığmanı aktivinə qızıl medalı Novruz Əliyev (45 kq) qazandırıb. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) gümüş medala layiq görülüblər. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc mükafat alıblar. 

Prezident Kuboku yarışı aprelin 28-dək davam edəcək. 

L.SABİRQIZI XQ

İdman