ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

post-img

İşğaldan azad edilən Şuşa rayonunun Qaybalı kəndi ərazisində aprelin 27-də mina hadisəsi baş verib.

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatına istinadla bildirir ki, agentliyin əməkdaşı 1981-ci il təvəllüdlü Quliyev Elçin Aydın oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub. Hazırda vəziyyəti stabildir.

Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
 

Son xəbərlər