Stolüstü tennisçimiz bürünc medal qazanıb

post-img

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. 

Söhbət Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirindən gedir. İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. Səkkizdəbir finalda isveçli, dörddəbir finalda isə fransalı rəqibini də mübarizədən  kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb. 

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır. 

L.SABİRQIZI
XQ

İdman