Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku yarışı start götürüb.
Gimnastika növünün ən zərif nümayəndələri fərdi və qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük proqramında mübarizə aparırlar.
Azərbaycanı yarışda fərdi proqramda Zöhrə Ağamirova, Kamilla Seyidzadə, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova təmsil edirlər.
Yarışda 41 ölkədən 116 gimnast iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.
L.SABİRQIZI
XQ