15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız beynəlxalq arenada növbəti uğura imza atıb.
Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Türkiyənin Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” beynəlxalq yarışında bürünc medal qazanıb. Qazaxıstan seçməsi birinci, Türkiyə millisi isə ikinci yeri tutub. Qeyd edək ki, turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.
L.SABİRQIZI XQ