Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb

post-img

 Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku yarışı başa çatmaq üzrədir. Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.
Bu gün onlardan sonuncusu – Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində yarışıb. 

Atletimiz birdən qaldırma hərəkətində 177 kiloqram çəkini ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kiloqram (177+211) nəticə göstərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.

Leyla QURBANOVA

XQ

İdman