14 hakimimiz beynəlxalq dərəcə alıb

post-img

Boks üzrə 1 ulduz kateqoriyalı beynəlxalq hakimlik imtahanının nəticələri açıqlanıb. 

Bakıda “Böyük İpək Yolu” çərçivəsində baş tutan sınaqda iştirak edən 17 azərbaycanlı ədalət təmsilçisindən 14-ü Beynəlxalq Boks Assosiasiyasından müsbət cavab alıb. Nəticədə, hakimlərimiz Fərhad Rəhmanov, Məsməxanım Səlimova, Sərraf Səmədov, Asif Məmmədov, Nəsrəddin Məmmədov, İlqar Qasımzadə, Stanislav Krılov, Ramiz Yangəliyev, Samir Baxışov, Babaəli Səlimzadə, Şaban Şahpələngov, Famil Babayev, Eltac Əliyev və Laçın Baxışovun beynəlxalq kateqoriyası 1 ulduza yüksəlib. Eyni vaxtda 14 referimizin dərəcə alması dünya praktikasında ilklərdəndir.  

Qeyd edək ki, Azərbaycan Boks Federasiyası həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işləri davam etdirir.

Leyla SABİRQIZI
XQ

İdman