İdmançımız “Maksima Masters”in qalibi olub

post-img

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” çempionatının qalibi olub. 

Yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5-7 yaş) arasında təşkil olunan yarışda 4 qızıl, böyük atlar arasındakı turda (“Qızıl Tur”) isə 2 qızıl və 1 bürünc medala sahib çıxıb. Bununla da, yekun nəticəyə görə, Azərbaycan MDB dövlətləri arasında “Maksima Masters” çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.

Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 faiz göstərici ilə ikinci yeri tutub.

Leyla SABİRQIZI
XQ

İdman