“Qarabağ” 13 pillə irəliləyib

post-img

Peşəkar futbol klublarının yeni dünya reytinqi açıqlanıb.

Azərbaycanın 3 təmsilçisi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi siyahıda yer alıb.

176,5 xalla 48-ci sıraya yüksələn “Qarabağ” ötən reytinqlə müqayisədə 13 pillə irəliləyib. “Neftçi” (62 xal) 1, “Sabah” (58,75) isə 4 pilləlik sıçrayışla, müvafiq olaraq 377-ci və 413-cü yerlərdə qərarlaşıblar.

“Mançester Siti” (401 xal) klubu liderdir. İkinci pilləni İspaniya “Real Madrid”i (332 xal), üçüncü yeri isə İtaliya “İnter”i (311 xal) tutur. 

Leyla SABİRQIZI
XQ

İdman