Azərbaycan Gimnastika Federasiyasının yeni talismanları

post-img

Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni talismanları təqdim edilib.

Federasiyadan “XQ”yə bildiriblər ki, maskotlar zərif ceyran və cəsur tülküdür. Talismanlara ad seçmək məqsədilə federasiyanın sosial şəbəkələrinin izləyiciləri arasında müsabiqə elan edilib. Ceyran və tülkü üçün ən yaradıcı və uyğun adların müəllifləri dəyərli hədiyyələr qazanacaqlar.

Müsabiqədə iştirak üçün son tarix 15 apreldir.

İdman