“Formula 1”: könüllülər toplaşırlar

post-img

Bakı Şəhər Halqası (BŞH) Əmə­liyyat Şirkəti “Formula 1” üzrə Azər­baycan Qran-Prisində könüllülərin qeydiyyat mərhələsinə start verib.

BŞH-dən “XQ”-yə bildiriblər ki, Ba­kının 8-ci dəfə evsahibliyi edəcəyi yarı­şın təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır. Seçim mər­hələsini uğurla başa vurmuş könüllülər müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tri­bunalar, trek, ofis və hava limanı əmə­liyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərəcəklər.

Əvvəlki illərin təcrübəsi nəzərə alı­naraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingi­lis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstün­lük veriləcək. Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

Qeyd edək ki, Azərbaycan Qran-Pri­si sentyabrın 13-15-də təşkil olunacaq.

Leyla SABİRQIZI
XQ

İdman