3x3 basketbolçularımız Taylandda 2-ci olub

post-img

Taylandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə bey­nəlxalq turnirin həlledici mərhələsi baş tutub. 

“Paris 2024” Olimpiadasının təsni­fat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 fi­nal mərhələsinə yüksəlib. Millimiz bu mərhələdə “Sriracha Eagle”(Tayland) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Yığma üzv­ləri yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesablı qələbəyə seviniblər. Finalda güclü “Zoos” (Alma­niya) klubuna qarşı gərgin oyunun ye­kununda 17-15 hesabı ilə məğlub olan 3x3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb.

Leyla SABİRQIZI
XQ

İdman