3 at ilə 2 qızıl medal

post-img

Azərbaycan idmançısı Aydın Əli­bəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılıq yarışların­da uğurla çıxış edib. 

İdmançımız atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar (“Qı­zıl Tur”) arasında keçirilən “Maksima masters” çempionatında cavan atların yarışında 2 qızıl medala sahib olub. O, turnirdə 3 atla iştirak edir.

Yarış aprelin 7-dək davam edəcək.

Leyla SABİRQIZI
XQ

İdman