Postsovet məkanı ölkələrinin ən bahalı futbolçularının adları açıqlanıb. “Transfermarket” portalına görə, 15 oyunçunun yer aldığı siyahıda Azərbaycan millisinin və Türkiyənin “Hatayspor” komandasının hücumçusu Renat Dadaşov da var.
Onun “dəyəri” 2 milyon avro olaraq göstərilib. Siyahıya İtaliyanın “Napoli” komandasının gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya (80 milyon avro) başçılıq edir. 2-3-cü pillələri isə Aleksandr Zinçenko (42 milyon avro, Ukrayna / “Arsenal”), Aleksandr Qolovin – (30 milyon avro, Rusiya / “Monako”) tuturlar.
Leyla SABİRQIZI
XQ

