Soydaşımız beynəlxalq idman qurumunun rəhbəridir

post-img

Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Bu təyinat IB­SA-nın İdarə Heyə­tinin onlayn format­da keçirilən son iclasında reallaşıb.

Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən gör­mə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 id­man növünün koordinasiyası ilə məşğuldur. Bun­lardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.

Leyla SABİRQIZI
XQ

İdman