AFFA 3 klubu cərimə edib

post-img

AFFA İntizam Komitəsinin iclasında Azər­baycan Premyer Liqasının XXVIII turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə oyunda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib. “Sumqayıt” isə “Araz-Naxçıvan”la matçda intizamsızlığa yol verən 4 oyunçusuna görə analoji sanksiyaya mə­ruz qalıb. Bundan başqa, qarşılaşmanın 90+2-ci dəqiqəsində sumqayıtlıların məşqçisi Seymur Rə­himov hakimin qərarına etiraza görə birbaşa qırmı­zı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

Onun bu hərəkəti klubun 1500 manat cərimələn­məsinə səbəb olub.

Leyla SABİRQIZI
XQ

İdman