Cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər

post-img

Aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında Avropa çempionatı keçiriləcək. 

Yarışda Azərbaycan qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq. 

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Acelya Toprak (57 kq), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) qüvvəsini sınayacaq. 

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə təlim-məşq toplanışlarına qatılıblar.

Leyla SABİRQIZI
XQ

 

İdman