Putin: Crocus-a hücumun bütün sifarişçilərini müəyyən edəcəyik

post-img

Rusiya Prezidenti Vladimir Putin Crocus City Halldakı terror aktının bütün benefisiarlarının və sifarişçilərinin müəyyən ediləcəyinə söz verib. O, bu barədə Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib. Məlumatı “Kommersant” verib. 

“Bizim üçün təkcə birbaşa günahkarları deyil, həm də bu cinayətin əsas faydalananları olan zəncirin bütün həlqələrini müəyyən etmək vacibdir. Biz onlara mütləq çatacağıq”, - deyə prezident əmin edib.

Onun sözlərinə görə, bu cür terror aktlarını törədənlər “dini və ya siyasi mülahizələri deyil, yalnız maliyyə mülahizələrini rəhbər tutaraq pul üçün istədiklərini edirlər”. “Bu silahlardan istifadə edənlər və bunlar Rusiyaya qarşı istifadə edilən silahlardır, başa düşməlidirlər ki, onların hər ikisi iti silahdır”, - deyə cənab Putin əlavə edib.

Martın 22-də axşam saatlarında bir qrup silahlı şəxs Moskva yaxınlığındakı Crocus City Hall binasına soxularaq tamaşaçıları atəşə tutublar. Nəticədə 144 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.Terror aktı ilə bağlı açılan cinayət işi çərçivəsində 11 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Dünya