Azərbaycanda futbol ayı başlayır

post-img

Bu gün Azərbaycanda futbol ayı start götürür.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, bu gün başlayan aprel oyunların zənginliyi baxımından futbol tarixinə düşəcək. Aprel ayının hər günündə rəsmi matç keçiriləcək. Bu da ölkə futbolu tarixində mütləq rekorddur.

Aprelin 12 günündə Azərbaycan Premyer Liqasının, 13 günündə Əvəzedicilər liqasının görüşü baş tutacaq. Kubok oyunları isə üç fərqli gündə olacaq. I Liqa qarşılaşmaları 9, II Liqa matçları 12 günü əhatə edəcək. Ayın 13 günündə yalnız bir turnirin qarşılaşmaları baş tutacaq. 15 gündə iki yarışda oyunlar keçiriləcək.

Aprelin 3-də və 29-da üç fərqli turnirin görüşləri təşkil olunacaq.

Hər gün PFL-in bayrağı altında keçirilən ən azı bir matçın baş tutmasına martın 28-dən start verilib. Martın son 4 günündə olduğu kimi, aprel də futbolsuz olmayacaq. Bununla da oyunların keçirilməsi seriyası 34 günə çatacaq. Seriya mayın ilk günlərinə planlaşdırılan I liqa oyunları ilə uzana da bilər.

Aprel ayının təqvimi:

1. II Liqa, Əvəzedicilər

2. Azərbaycan Kuboku, II Liqa

3. Azərbaycan Kuboku, I Liqa, II Liqa

4. I Liqa

5. Azərbaycan Premyer Liqası, I Liqa

6. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

7. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

8. II Liqa, Əvəzedicilər

9. II Liqa

10. I Liqa

11. I Liqa

12. Azərbaycan Premyer Liqası

13. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

14. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

15. II Liqa, Əvəzedicilər

16. II Liqa

17. I Liqa

18. I Liqa, II Liqa

19. Azərbaycan Premyer Liqası

20. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

21. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

22. II Liqa, Əvəzedicilər

23. II Liqa

24. Azərbaycan Kuboku

25. I Liqa

26. I Liqa

27. Azərbaycan Premyer Liqası

28. Azərbaycan Premyer Liqası, Əvəzedicilər

29. Azərbaycan Premyer Liqası, II Liqa, Əvəzedicilər

30. II Liqa, Əvəzedicilər.

İdman