Stolüstü tennisçilərimizin daha bir uğuru

post-img

Stolüstü tennisçilərimiz Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Təmsilçilərimizdən Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb. 

Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub. Onur Quluzadə ilə Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yerə layiq görülüblər. 

Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında bürünc medal alıblar. 

Qeyd edək ki, bundan əvvəl U-13 milli 2-ci, U-15 yığma isə 3-cü yeri tutub. 

Leyla QURBANOVA

XQ

İdman