Güləşçilərimizin 10 “Çempionlar” medalı

post-img

Güləşçilərimiz Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirində 10 medal qazanıblar.

U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər. Sərbəst güləş üzrə millinin üzvlərindən Musa Verdiyevlə (65 kiloqram) Sadiq Mustafazadə gümüş, Ruslan Abdullayev (61 kiloqram), Ramik eybətov (70 kiloqram), Anar Cəfərli (92 kiloqram) və Yusif Dursunov (125 kiloqram) isə bürünc medal əldə ediblər. 

Qadınlardan ibarət komandamız isə 4 medal qazanıb. Belə ki, Əsmər Cankurtaranla (53 kiloqram) Ruzanna Məmmədova (62 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. lvina Kərimzadə (55 kiloqram) və Nərgiz Səmədova (55 kiloqram) isə bürünc medala sahib olublar.

XQ

 

İdman