İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu keçirilib.
Qlobal antidopinq səylərini inkişaf etdirmək məqsədi daşıyan mötəbər tədbirdə ölkəmizi Azərbaycan Millli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Avropa Komissiyasının tərəfdaşlığı ilə keçirilən sessiyalar Avropada məlumatların toplanması və təhqiqat bacarıqları, habelə antidopinq ictimaiyyətində müqayisə meyarlarını əhatə edib. Tədbirdə, həmçinin Ümumdünya Antidopinq Məcəlləsinin milli qanunvericilik əsasında tətbiqi və quru qan nümunələrinin yoxlanılması kimi məsələlər də müzakirə mövzusu olub.
Leyla SABİRQIZI XQ