Azərbaycan AVRO-2026-ya ev sahibliyi edəcək

post-img

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.

Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən doqquz il sonra yenidən bu hüquqa sahib olan Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək.

Qarşılaşmalar 2017-ci ildə olduğu kimi, Milli Gimnastika Arenasında təşkil olunacaq. Serbiyanın çempion olduğu həmin yarışda Azərbaycan Avropanın ən güclü dörd komandasından biri olub.

2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan altısı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib. 

Leyla SABİRQIZI XQ

İdman