AFFA-nın İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyunda matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.
“Araz-Naxçıvan”-“Turan Tovuz” görüşündə futbolçular sarı vərəqə aldıqlarına görə hər iki klub 700 manat cərimələnib.
Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bu, bölgə klubunu 3000 manat ziyana salıb.
Leyla SABİRQIZI XQ