Boksçumuz dünya kubokunu qazanıb

post-img

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.

Leyla SABİRQIZI XQ

 

İdman