Gimnastlarımızdan 6 medal

post-img

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində altı medal qazanıblar.

Komandamızın aktivinə qızıl medalları tamblinq üzrə Adil Hacızadə və Aleksey Karataşov qazandırıblar. Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov isə bürünc mükafata yiyələniblər. Batut gimnastikasında isə Fərhad Vəliyev qalib adına layiq görülüb. 

Leyla SABİRQIZI XQ

İdman