Komandamız Cakartada qələbə qazanıb

post-img

İndoneziyanın paytaxtı Cakarta şəhərində elektron idman növü üzrə “Point Blank İnternational Championship 2024” turniri keçirilib.

Azərbaycanı təmsil edən “Good Game Club” komandası finalda İndoneziya təmsilçisini 3:2 hesabı ilə məğlub edərək tarixdə ilk dəfə beynəlxalq yarışın qalibi olub.

Azərbaycan komandasının kapitanı Sahib Məmmədzadə turnirin ən yaxşı oyunçusu isə seçilib.

Leyla QURBANOVA XQ

İdman