Şahmatçılarımız Gürcüstana qalib gəlib

post-img

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə növbəti oyunu keçirib. 

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma 3-cü turda ağ fiqurlarla mübarizə aparıb. Qarşılaşma millimizin 3-2 hesablı qələbəsi ilə nəticələnib. 

Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.   

Leyla SABİRQIZI
XQ

İdman