Stolüstü tennisçilər Əlcəzairdə fərqləniblər

post-img

Stolüstü tennisçilərimiz Əlcəzairdə kecirilən dunya seriyalı “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər. 

Seçmə komandamızın üzvləri Onur Quluzadə ilə Yagmur Məmmədli Mərakeş sınaqlarında da etimadı layiqincə doğruldub. 13 yasadək idmançiların mübarizəsində qrup mərhələsini inamla adlayan Onur Quluzadə ardınca digər rəqiblərini də mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Həlledici görüsdə Səudiyyə Ərəbistanı idmançısına da qalib gələn Onur yarışın qızıl medalına layiq görulüb. Eyni yaş qrupunda bacarığını göstərən Yağmur Məmmədli qrup turnirində rəqiblərini üstələdikdən sonra növbəti mərhələlərdə də inamlı çıxış sayəsində finala adlayıb. Son qarşılaşmada isə Özbəkistan təmsilçisinə uduzan Yağmur fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, “WTT Youth Contender” yeniyetmə və gənc stolüstü tennisçilərin ən nüfuzlu turnirlərindən sayılır.

Leyla SABİRQIZI
XQ

İdman