Basketbolçularımızın rəqibləri müəyyənləşib

post-img

Basketbol üzrə qadınlardan ibarət 3x3 Azərbaycan millisinin Paris Yay Olimpiya Oyunlarının təsnifat mərhələsindəki rəqibləri bəlli olub. 

Aprelin 12-14-də keçiriləcək oyunlarda yığmamız B qrupunda Niderland, Monqolustan və Çili komandaları ilə üz-üzə gələcək. Honkonqda keçiriləcək qrup görüşlərində ilk iki pilləni tutan komandalar təsnifat mərhələsinin yarımfinalına vəsiqə qazanacaqlar.

İkinci təsnifat oyunları isə mayın 16-19-da Macarıstanın Debretsen şəhərində baş tutacaq. A qrupunda yer alan milli Almaniya, Polşa və Tunis seçmələri ilə qarşılaşacaq. 

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi ikinci təsnifatda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

İdman