"Sərhədçi" dən rahat, "Neftçi" dən isə çətin qələbə

post-img

Azərbaycan Basketbol Liqasında (ABL) 11-ci turun iki oyunu baş tutub. "Sərhədçi" İdman Mərkəzində keçirilən turun açılış oyununda "Sərhədçi" və "Şəki" üz-üzə gəlib. Bu görüşdə "Sərhədçi" 112-82 hesablı rahat qələbə qazanıb. 

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Kaleb Hanter - 30 xal, 7 asist), "Şəki" (Pol Dibal - 21 xal, 9 ribaund) Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış "Neftçi", "Cəlilabad" klubu ilə qarşılaşıb. Gərgin oyunun yekununda 72-63 hesabı ilə sevinən tərəf "Neftçi" olub. Ən məhsuldar basketbolçular: "Neftçi (Toraje Breyk - 20 xal, 11 asist), "Cəlilabad" (Rişan Conson - 15 xal, 10 ribaund).

L.QURBANOVA, XQ

İdman