AFFA İcraiyyə Komitəsi Gəncədə keçiriləcək

post-img

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb.

AFFA-dan XQ-ə verilən məlumata görə, yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 14:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla)
3. Digər məsələlər

XQ

İdman