AFFA-dan 4 kluba cəza

post-img

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi 4 klubu cərimələyib. 

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimələnib. Gəncəlilər daha 500 manat “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına ziyana düşüblər.

“İrəvan” “Araz-Naxçıvan”la qarşılaşmaya yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat cərimə olunub. “Zirə” isə “Turan Tovuz”la oyunda 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ödəyəcək. Azarkeşləri pirotexniki vasitədən istifadə etdiklərinə görə “Turan Tovuz” 1500 manat xərcə düşüb.

İdman