Faiq Qarayev: Əsas məqsəd voleybolun inkişafına nail olmaqdır

post-img

Əgər düzgün istiqamət götürsək, uğur qazanacağıq.

“XQ” xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında qadınlardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Faiq Qarayev bildirdi. 

O qeyd etdi ki, başa çatmaqda olan il dövlətimiz, xalqımız üçün uğurlarla dolu il oldu:

–Voleybolda durğunluq hökm sürür ki, bunun da bir sıra səbəbləri var. Məndən soruşurlar ki, voleybol üzrə uğurlarımız nə vaxt olacaq. Baş məşqçi postuna seçiləndə qarşıma əsas məqsəd qoydum ki, bu idman növünü inkişaf etdirməliyik. Geriyə yol yoxdur, ancaq irəli baxmalıyıq. 

64 yaşlı mütəxəssis onu da bildirdi ki, voleybol Azərbaycanda sevilir və populyardır. 

Xatırladaq ki, Faiq Qarayev yenidən voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə təyin edilib.

XQ

İdman