Bakıda ilk dəfə kiber triatlon yarışı

post-img

Bakıda “CYBERWinD Olympic Series” adlı ilk kiber triatlon yarışı baş tutub.  

“Triterra Baku Triathlon Club” və “Cyber Athletics Azerbaijan”nın birgə təşkilatçılığı ilə keçirilən turnirdə “Triterra”, “Metak”, “Tristar” və “World Class Azerbaijan” klublarının təmsilçiləri olan 17 idmançı iştirak edib. Reqlamentə əsasən atletlər 40 kilometrə bərabər virtual məsafəni qət ediblər. 

Finişə birinci Teymur Fərəcov (“Triterra” klubu) çatıb. Elçin Əliyev (“Tristar”) ikinci, Zaur Arkania (“Triterra”) üçüncü yerlərdə qərarlaşıblar.  
Kiber triatlon üzrə yarış Azərbaycanda ilk dəfə təşkil olunub. Turnirin gələcəkdə E-İdman Olimpiadasında Azərbaycan təmsilçilərinin müəyyən olunması üçün təsnifat xarakter daşıyacağı gözlənilir. 

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə təşkil olunub.





İdman