“Polad” Prezident Kuboku turnirinin qalibi olub

post-img

Çövkən milli atüstü oyunu üzrə Prezident Kuboku turniri başa çatıb.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində təşkil olunan keçirilən yarışda 3-cü yer uğrunda “Sərhədçi-Dilbaz” komandası “Omar”la mübarizə aparıb. Rəqib üzərində 2:1 hesabı ilə qələbə qazanan “Sərhədçi-Dilbaz” bürünc medala sahib olub. 

Qalib adı uğrunda isə həlledici mərhələdə “Sərhədçi-Qarabağ” “Polad”la üz-üzə gəlib. 4:1 hesabı ilə rəqibini üstələyən “Polad” komandası Prezident Kuboku turnirinin qalibi adına layiq görülüb. 

İlk üç yeri tutan komandalar müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, həmçinin fəxri diplom, turnirin qalibi olan “Polad” komandası isə kubok ilə təltif edilib.

Mükafatçılara medalları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim ediblər.

Qeyd edək ki, yarışda 8 komanda – “Sərhədçi-Qarabağ”, “Polad”, “Köhlən”, “Şirvan”, “Sərhədçi-Dilbaz”, “Omar”, “Zəfər” və “Embawood” iştirak edib.

İdman