Tarixi oyuna doğru: Xankəndi şəhər stadionundan - FOTOREPORTAJ

post-img

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçiriləcək “Qarabağ” – MOİK oyununa bir saatdan az vaxt qalıb.

Saat 14:00-da işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçının start fiti səslənəcək.

Tarixi qarşılaşmanın oynanılacağı Xankəndi şəhər stadionu artıq görüşü qəbul etməyə tam hazırdır.

Arenaya toplaşan azarkeşlərə Azərbaycan bayraqları paylanılıb. Stadionun tribunalarından birinə isə “Qarabağ Azərbaycandır!” şüarı həkk olunub.

“Qarabağ” – MOİK oyunu öncəsi Xankəndi şəhər stadionundan ən maraqlı görüntüləri təqdim edirik.











İdman