“Qarabağ”dan yeni rekord

post-img

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

 Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verilir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub. Belə ki, matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Köhlən atlar”ın derbidəki 120-ci topuna imza atıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

İdman