U-18 voleybol komandamız regional yarışda

post-img

Voleybol üzrə Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununu keçirib. 

18 yaşadək voleybolçu oğlanlardan ibarət yığmamız üçüncü matçında latviyalı həmyaşıd­ları ilə qarşılaşıb. Cəlil Baxtiozinin baş məşqçi olduğu kollektiv qarşılaşmada rəqibə 0:3 hesabı ilə uduzub. Bundan əvvəl voleybolçularımız eyni hesabla Polşa və Ukrayna millilərinə də məğlub olmuşdular. 

Qeyd edək ki, komandamız bu gün Estoniya, dekabrın 9-da isə Gürcüstanla mübarizə apara­caq. Turnirin qalibi AVRO-2024-ün final mərhələ­sinə vəsiqə qazanacaq. 

Leyla SABİRQIZI 
XQ

İdman